Misirdə terror aktının qarşısı alınıb

Misir polisi Sinay yarımadasının şimalında əl-Ariş şəhəri yaxınlığında iri terror aktının qarşısını alıb.

Gununsesi.info xəbər verir ki, naməlum şəxslər hərbçiləri daşıyan avtobusların keçdiyi yolun kənarında partlayıcı maddələr yerləşdiribmiş.

Partlayıcıları yola baxış keçirən polislər aşkar edib.

Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.

Gununsesi.info