Misirnin Sinay yarımadasındakı Ariş şəhərində Ravza məscidində baş verən partlayışda ölənlərin sayı 305-ə çatıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər arasında 30 uşaq da var.
Yaralı sayının 128 olduğu bildirilir.
Misir ordusunun sözçüsü Tamir ər-Rufai hadisədən sonra hava qüvvələrinin terrorçuların yerini müəyyənləşdirdiyini və keçirilən əməliyyatda bir neçəsinin zərərsizləşdirildiyini açılayıb. Məlumata görə, partlayış zamanı məscid ətrafında 25-30 terrorçu olub və onlar partlayışdan sonra insanlara atəş açıblar.
Terakta görə, ölkədə 3 günlük matəm elan edilib.
Qeyd edək ki, Sinay yarımadasında son 3 ildə İŞİD terrorçuları tərəfindən bir çox qanlı teraktlar törədilib. Terrorçular bölgədə təkcə məscidlərə deyil, həm də xristan kilsələrinə də hücum edirlər.
Gununsesi.info