Misirdə turistlərə hücum edən şəxs İŞİD-in göstərişi ilə hərəkət edibmiş

  • By admin
  • 15 İyul 2017 22:08

misirrr

Misirin Hurqada şəhərində turistlərə hücum edən şəxs İŞİD terror qruplaşmasının göstərişi ilə hərəkət edib.

 Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, cinayətkar terrorçularla internet vasitəsilə əlaqə saxlayıb.

Saxlanılan şəxsin bu əməlinin motivləri bəlli deyil. Bəzi mənbələr cinayətkarın psixi xəstəlikdən əziyyət çəkdiyini iddia edir. Bəzi KİV-lər onun İŞİD ideologiyasının davamçısı olduğunu bildirir. Digər mənbələr isə məişət zəminində mübahisənin hücuma səbəb olduğunu qeyd edir.

Qeyd edək ki, ötən gün bıçaqla silahlanmış şəxs Hurqada şəhərindəki çimərlikdə əcnəbi turistlərə hücum edib. Nəticədə, iki almaniyalı qadın ölüb, Ermənistan, Çexiya və Rusiyadan olan 4 nəfər isə yaralanıb.

Gununsesi.info