Misirdən ərəblərə xəyanət: İsrail Qüdsə görə qınanmadı

  • By admin
  • 22 İyul 2017 15:36

misir_bayragi
Misir Qüds və Əl-Əqsa ətrafında İsrail əsgərləri ilə fələstinlilər arsında baş verən qarşıdurmanı qınamayıb.

Gununsesi.info xəbər verir ki, Misir Xarici İşlər Nazirliyi yaydığı bəyanatda tərəfləri sadəcə danışıqlara səsləməklə kifayətlənib.

“İsrail hökuməti bölgədəki vəziyyətin ədalətli həllə çatması üçün sülh müzakirələrini yenidən başlatmalıdır”, – bəyanatda bildirilib.

Qeyd edək ki, bundan öncə Qüdsdə baş verən qarşıdurmalar nəticəsində 3 fələstinli ölüb, 200-dən çox insan isə yaralanmışdı. Hadisə zamanı yaralanan 2 İsrail polisi isə xəstəxanada ölmüşdü.

Gununsesi.info