
Misirdə bomba yüklü avtomobil ilә hәyata keçirilәn hücum nәticәsindә 2-si azyaşlı olmaqla, ümumilikdə 7-i nəfər həlak olub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, rәsmilәrin mәlumatına görә, hücum Sina yarımadasının şimalında yerlәşәn polis mәntәqәsinin qarşısında törәdilib.
Belə ki, partlayış trotil ekvivalentilə 100 kiloqramdan artıq olub. Hücumun nə zaman baş verdiyi barədə isə məlumat verilmir.
Qeyd edək ki, Misirdə törədilmiş partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Anar
Gununsesi.info