Misirdə polisi öldürməkdə ittiham olunan yeddi nəfər edam edildi

  • By admin
  • 29 İyul 2020 11:35

Misirdə polisin xidməti silahını oğurlayıb, daha sonra onu qətlə yetirməkdə ittiham olunan yeddi kişi edam edilib.

Gununsesi.info bildirir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.  

Ölümlə nəticələnən insident 2018-ci ildə Misirin İsmailiyyə şəhərində qeydə alınıb.

Qeyd edək ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar edam cəzasına görə mütəmadi olaraq Misir hökumətini tənqid edən bəyanatlarla çıxış edirlər.

Gununsesi.info