Misirdə qatar relsdən çıxdı: 8 ÖLÜ 26 YARALI

  • By admin
  • 18 Aprel 2021 18:42

Misirin Kalyubiya vilayətində dəmiryolu qəzası baş verib.

“Al-Arabiyya” məlumat verir ki, qatarın relsdən çıxması nəticəsində səkkiz nəfər ölüb, 26 nəfər isə yaralanıb.

Qeyd edək ki, bu, son zamanlarda Misirdə baş vermiş ikinci dəmir yolu qəzasıdır. Belə ki, martın sonunda iki qatarın toqquşması nəticəsində 19 nəfər ölmüş, 185 nəfər isə yaralanmışdı.

Gununsesi.info