Misirdə təyyarə qəzası - ÖLƏNLƏR VAR

  • By admin
  • 15 Dekabr 2017 21:05

Misirdə yüngülmotorlu “Beechcraft-58” təlim təyyarəsi qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, hadisə Karun gölü yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində təyyarədə olan 3 nəfər ölüb. Məlumata əsasən, uçuş zamanı təyyarədə texniki nasazlıq yaranıb. Qəza pilot təyyarəni yaxınlığındakı aerodromlardan birinə endirməyə cəhd edərkən baş verib.

İnsidentin səbəbləri araşdırılır.

Gununsesi.info