Misirdə noyabrın 24-də məsciddə baş verən terror hücumundan sonra elan olunmuş matəmlə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.
Misirin Azərbaycandakı səfirliyindən Gununsesi.info-ya verilən məlumata görə, matəm üç gün davam edib.
Cümə namazı zamanı törədilmiş terror hücumu nəticəsində 300-dən çox adam həlak olub.
Xatırladaq ki, Misirdə baş verən terror aktı ilə əlaqədar Türkiyədə də birgünlük matəm elan olunmuşdu. Bu səbəbədən Türkiyənin Bakıdakı səfirliyində də dövlət bayrağı endirilib.
Gununsesi.info