Misirlə sərhəddə İsrailin iki əsgəri öldürüldü

  • By admin
  • 03 İyun 2023 17:14

İsrail ordusu Misirlə sərhəddə yaranan “təhlükəsizlik olayı” nəticəsində iki əsgərinin öldürüldüyünü açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İsrail Ordusunun Mətbuat Katibliyindən verilən yazılı açıqlamada hadisə təsdiqlənib.

“Bu sabah Paran bölgə Taburu ərazisində təhlükəsizlik olayı yaşanıb. Sərhəddin yaxınlığında açılan atəş nəticəsində 1-i kişi olmaqla, iki hərbçi öldürülüb”, – deyə rəsmi açıqlamada bildirilir.

Açıqlamada Misir sərhədindən İsrail torpaqlarına girərək atəş açan hücumçu ilə İsrail əsgərləri arasında toqquşma çıxdığı və hücumçunun öldürüldüyü vurğulanıb.

Rəsmi açıqlamada həyatını itirən əsgərlərin ailələrinə başsağlığı verilib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info