Misli görünməmiş cinayət - KÖRPƏLƏRİNİ ÖLDÜRÜB PAKETƏ QOYARAQ SOYUDUCUDA DONDURDU

  • By admin
  • 14 İyul 2017 17:00

lenkeran_usaq_olumu_2016070534

Fransanın qərbindəki Lorient şəhərində 50 yaşlı qadının dəhşətli cinayət əməlinin üstü açılıb.

Gununsesi.info-nun milli.az-a istinadən verdiyi məlumata görə, 50 yaşlı qadının boğaraq öldürdüyü körpəsi iş yerinin soyuducusunda ortaya çıxınca onun əvvəllər də eyni cür cinayət törətdiyi istintaqa məlum olub.

Cəsəd Atlantik okeanı sahilində balıqçı qayığının soyuducusunda tapılıb. Qadının evində axtarış aparan polis evdə dondurulmuş iki körpə cəsədi tapıb.

Lorient Respublika Prokuroru Laureline Peyrefitte körpələrin anası olan 50 yaşlı qadının hər doğuşundan sonra körpələrini yastıqla boğub, dondurduğunu təsdiqləyib.

50 yaşlı qadının 25 yaşında bir oğlunun olduğu bildirilir.
Gununsesi.info