Mişustin müavinlərini topladı: Bakı ilə bağlı tapşırıq

  • By admin
  • 12 Mart 2024 08:21

Rusiyanın Baş naziri Mixail Mişustin müavinlərinə Moskva və Bakı arasındakı danışıqlarda əldə olunmuş razılaşmaların icrasına nəzarət etməyi tapşırıb.

Gununsesi.info globalinfo.az-a istinadla xəbər verir ki, baş nazir müavinləri ilə keçirdiyi iclasda 5-6 mart tarixlərində Azərbaycana səfərinin nəticələrini də müzakirə edib.

M.Mişustin Azərbaycan ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirib.

“Həmkarlar, nəzarət etdiyiniz ərazilərdə azərbaycanlı həmkarlarımızla əldə olunmuş razılaşmaların necə icra olunduğunu diqqətlə izləyin”, – baş nazir iclasda qeyd edib.

 

Gununsesi.info