MİT-də “təmizləmə” əməliyyatı - 100 əməkdaşı işdən azad olundu

  • By admin
  • 19 İyul 2016 16:12

mit

 

Türkiyənin əsas kəşfiyyat idarəsi sayılan Milli İstihbarat Təşkilatının (MİT) 100 əməkdaşı tutduğu vəzifədən azad edilib. Gununsesi.info Tütkiyə mətbuatına istinadən xəbər verir ki, iyulun 15-də Türkiyədə Fətullahçı Terror Təşkilatının dövlət çevrilişinə cəhdindən sonra rəsmi dövlət idarələrində və təşkilatlarında terror təşkilatına aid olduğu təsdiqlənən əməkdaşlarının “təmizləmə” əməliyyatları davam edir. Belə ki, “təmizləmə” prosesinə dövlətə və prezidentə ən sadiq təşkilat– MİT də məruz qalıb. Verilən məlumata görə, MİT-in 100 əməkdaşı işdən azad edilib. Buna səbəb olaraq, onların təşkilat daxilində fəaliyyətsizlikləri göstərilib.

 

Gülnaz Qənbərli