MİT-dən ƏMƏLİYYAT: PKK-nın narkotik nəzarətçisi öldürüldü – FOTO

  • By admin
  • 02 Yanvar 2024 14:23

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) səyləri ilə İraqın şimalındakı Süleymaniyyə şəhəri yaxınlığında Türkiyədə narkotik ticarətinə “nəzarət edən” PKK terrorçusu zərərsizləşdirilib.

Gununsesi.info xəbər verir ki, Türkiyənin təhlükəsizlik strukturlarındakı mənbələrin bildirdiyinə görə, cinayət təşkilatının liderləri Süleymaniyyə ətrafında narkotik ticarətinin təşkili ilə bağlı xüsusi vəzifəni “Cesur Vedat” kod adlı Əbdülmütalip Doğrucıya həvalə ediblər.

O, əvvəllər İstanbulda “narkotik ticarəti və külli miqdarda oğurluq” ittihamı ilə mühakimə olunub. 2017-ci ildə Doğuci İraqa köçüb və orada PKK sıralarında cinayətkar fəaliyyətini davam etdirib.

Gununsesi.info