Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimal-şərqindəki Qamışlı bölgəsində keçirdiyi əməliyyat zamanı YPG/YPJ terror təşkilatının “liderlərindən” olan Suriya vətəndaşı Əminə Seyid Əhmədi zərərsizləşdirib.
Gununsesi.info xəbər verir ki, Türkiyə təhlükəsizlik güclərindəki mənbələrinin məlumatına görə, “Azadi Derik” kod adlı terrorçu nəzarət altında olub. Əminə Seyid Əhməd 2011-ci ildə terror təşkilatının sıralarına qoşulub və Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı terror aktlarının təşkilatçısıdır.
Terrorçu Qamışlı rayonunda keçirilən məqsədyönlü əməliyyat zamanı zərərsizləşdirilib.
Qeyd olunur ki, Əminə Seyid Əhməd raketlərin alınması və istifadəsinə görə “məsul” olub və Tel Rıfatdan “Zeytun budağı” əməliyyat bölgəsində Türkiyə təhlükəsizlik qüvvələrinə raket zərbələri endirmək əmrini verib.
Bundan əlavə, terrorçunun Kilis bölgəsində mülki əhaliyə raket hücumunun arxasında olduğu müəyyən edilib.
Gununsesi.info