Mitinqdə 2 min 500 nəfər iştirak edib - Bakı Şəhər Baş Polis İdarəsi

  • By admin
  • 11 Sentyabr 2016 19:37

12okt-mitinq2

Sentyabrın 11-də  Demokratik Qüvvələrin Milli Şurası adlandırılan qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

HTML tutorial

Gununsesi.info-nun məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, saat 17:00-dan 19:00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydalarının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Gununsesi.info