Müxalifət 5-7 min, polis 800 deyir - MİLLİ ŞURA YENİDƏN "MƏHSUL"DA

  • By admin
  • 17 Sentyabr 2016 19:54

mitinq-1

“Sentyabrın 17-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib”.

HTML tutorial

Gununsesi.info-nun məlumatına görə, bu barədə  Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) məlumatında deyilir.

Qeyd olunur ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 800 (səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib:

“Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Lakın tədbirdən sonra bəzi iştirakçılar asayişi pozmağa cəhd edib, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq hüquqazidd hərəkətlərə yol veriblər.

Görülmüş tədbirlərlə qanunsuz əməllərin qarşısı alınıb və bu zaman bir neçə nəfər saxlanılıb. Araşdırma aparılır”.

Ancaq BŞBPİ-dən fərqli olaraq, mitinq təşkilatçıları mitinq iştirakçılarının sayının 5-7 min olduğunu deyiblər.

Onu da qeyd edək ki, Milli Şuranın mitinqində təşkilatın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, AXCP funksionerlərindən Gözələ Bayramlı, İlham Hüseyn, “İstiqlal”çı millət vəkili İbrahim İbrahimli və digərləri çıxış ediblər.

Gununsesi.info