Mixail Boçarnikov Şuşaya səfər edib

  • By admin
  • 16 İyul 2022 11:48

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Şuşaya səfər edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Şuşa bölgəsi üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Twitter sosial şəbəkəsində yazıb.

Boçarnikov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə birlikdə şəhərlə tanış olub.

Qeyd edək ki, 44 günlük müharibədən sonra bu, Minsk Qrupu həmsədrlərinin biri sayılan Rusiyanın səfirinin azad edilən mədəniyyət paytaxtımıza ilk səfəridir. Az öncə Boçarnikov Kəlbəcərdə olmuş, Ermənistanda buna görə isterika yaranmışdı. Bu fakta artıq Ermənistanın siyasi fiqurları, mediası və hətta hakimiyyəti kəskin reaksiyalar verməkdədirlər. Ermənistan diplomatik missiyaların, xarici dövlətlərin yetkililərinin Şuşaya səfərinə olduca aqressiv və ağrılı reaksiyalar verir.

Gununsesi.info