Mixail Qusman İlham Əliyevi təbrik etdi

  • By admin
  • 25 Dekabr 2021 14:46

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: “Möhtərəm İlham Heydər oğlu. Rusiyanın TASS İnformasiya Agentliyi adından və şəxsən öz adımdan 60 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Siz böyük atanın ləyaqətli oğlu, müasir dövrün görkəmli siyasi xadimi kimi müdrik rəhbərlik və istedadınız sayəsində ölkənizi çiçəklənən və xoşbəxt diyara çevirirsiniz.

Xalqın arzu və ümidlərini hiss edən, etibarlı tərəfdaşların və müttəfiqlərin dəstəyindən istifadə etməyi bacaran mükəmməl lider kimi parlaq keyfiyyətləriniz sayəsində inamlı və məqsədyönlü addımlarla Azərbaycanı dinc və firavan gələcəyə aparırsınız.

Siz yubileyinizi haqq mübarizəsində qalib gələn, doğma torpaqları azad edən xilaskar kimi xüsusi hisslərlə qarşılayırsınız.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, səadət, gələcək planlarınızın həyata keçməsi üçün tükənməz enerji, doğma ölkənizin rifahı naminə uğurlu və səmərəli fəaliyyət arzulayıram.

Sizə və Azərbaycan xalqına sülh, tərəqqi diləyirəm”.

Gununsesi.info