Mixail Saakaşvili Kiyevə köçürülməsi üçün Gürcüstan hakimiyyətinə müraciət etdi

  • By admin
  • 25 Fevral 2022 23:06

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili səhhəti ilə bağlı Kiyevə köçürülməsi üçün Gürcüstan hakimiyyətinə müraciət edib.

Gununsesi.info xəbər verir ki, Saakaşvili həmçinin, cəzasının müvəqqəti təxirə salınması barədə də hakimiyyətə çağırış edib. Onun sözlərinə görə, hökumət onun təklifi ilə razılaşarsa, o, gələcəkdə hakimiyyətin çağırışı ilə Gürcüstana qayıdacağına söz verir və həmçinin, tərəftarlarını etirazları dayandırmağa səsləyəcək.
O, eyni zamanda qeyd edib ki, xaricdə olduğu müddətdə Gürcüstan siyasətinə qarışmayacaq.