
Jurnalistin qətli ətrafında məsələ böyüyür. Gununsesi.info xəbər verir ki, iyulun 20-də səhər saatlarına Kiyevdə məhşur jurnalist Pavel Şeremetin qətli təkcə ölkə daxilində deyil, eyni zamanda beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri təərfindən ciddi reaksiya ilə qarşılanıb. Pavel Şeremtin ölümün azad sözə qəsd kimi və terror hadisəsi kimi dəyərlənidirilir. AŞPA sədri Pedro Aqramunt Pavel Şeremetin ölümünü mətbuat azadlığına hücum və jurnalistlərin həyatına təhlükə hesab edir.
Bu barədə AŞPA sədri P.Aqramunt öz Twitter səhifəsində yazıb. Jurnalistin ölümü ilə bağlı onun yaxınlarına baş sağlığı verən AŞPA sədri dəqiq təhqiqat aparılıb günahkarların məsuliyyyətə cəlb olunmasının vacibliyini qeyd edib. tələb edib. ABŞ səfirliyi də jurnalistin ölümündən narahatlıq keçridiyini və hadisə ilə əlaqədar qaldırılan cinayət işinin obyektiv aparılmasını, günahkarların tezliklə müəyyən edilib məsuliyyətə cəlb olunmasını istəyir.
Odessanın qubernatoru Mixail Saakaşvili isə Pavel Şeremetin ölümünü terror hadisəsi adlandırıb.
Jurnalistin ölümü haqqnda öz facebook səhifəsində bölüşən M. Saakaşvili deyib ki, jurnalistin terroristlər tərəfindən öldürülməsi bu gün məndə Ukraynada hansısa daha ciddi siyasi proseslərə start verilməsi ilə bağlı şübhələrimi daha da möhkəmləndirir. “Bəzi siyasi qüvvələr bağlı gözləri ilə bizi uçuruma aparır. “Biz onları ancaq səsismizi ucaltmaqla dayandıra bilərik. Təəssüflər olsun ki, Ukrayna da bir vicdanlı səsə malik insan azaldı.
Ukrayna daxili işlər nazirinin müşaviri Şkirak Zoryan jurnalistin ölümü ilə bağlı əsaəsn üş versiyanın olduğunu irəli sürüb: “Bu ya Rusiyanın xüsis xidmət orqanları tərəfindən həyata keçirilib, ya professeonal fəaliyyəti ilə bağlıdır və yaxud da onunla əlaqəsi olmayan cinayət hadisəsidir”. Eyni zamanda verisyalar sırasında qəsdin buna deyil “Ukrainskaya pravda”nın rəhbəri Alyona Pritulaya qarşı törədilməsini irəli sürürlər. Hansı ki, hadisə baş verən zaman “Ukrainskya pravda”nın şefi Alyona Pritula maşında olmayıb. Artıq bəzi ekspertlər isə bu hadisənin Ukraynada gözlənilən hakimiyyət çevrilişinin tərkib hissəsi kimi dəyərləndirirlər.
Gununsesi.info