Mixail Saakaşvili zəhərlənib -Ekspertiza təsdiqlədi

  • By admin
  • 25 Noyabr 2022 19:13

Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvili zəhərlənib.

Gununsesi.info xəbər verir ki, bu barədə ekspertizanı aparan “Empathy” ictimai təşkilatının rəhbəri Mariam Cişkariani məlumat verib.

Onun sözlərinə görə, tibbi rəy 188 səhifədən ibarətdir, həmçinin 3 000 səhifəlik sənədləşmə də tədqiq edilib.

Məlumata görə, ABŞ-dan Mixail Saakaşvilinin saçının ekspertiza nəticələri gəlib.

“Tədqiq edilmiş bütün sənədlərə əsasən bu qənaətə gələ bilərik ki, onun səhhətinin pisləşməsinə səbəb böyük ehtimalla zəhərlənmədir”, – deyə Mariam Cişkariani qeyd edib.

Araşdırmaya əsasən, eks-prezidentin orqanizmində civənin səviyyəsi icazə verilən norma həddini 42 faiz nisbətində keçib. Həmçinin digər metallarla intoksikasiya da aşkarlanıb.

Cişkarani qeyd edib ki, Saakaşvili müalicə üçün xaricə buraxılmalıdır, bu, onun həyatını xilas etməyə yardımçı ola bilər.

Gununsesi.info