Mixeil Saakaşvili: "Hakimiyyət dəyişikliyindən sonra ruslar burada alınan mənzillərdən məhrum ediləcək və pullar Ukraynaya köçürüləcək"

  • By admin
  • 19 Mart 2022 15:26

“Hakimiyyət dəyişikliyindən sonra ruslar burada alınan mənzillərdən məhrum ediləcək və pullar Ukraynaya köçürüləcək”.

Gununsesi.info InterPress.ge-yə istinadən xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Rusiya vətəndaşlarının Gürcüstanda mənzil almasına münasibət bildirib.

“Gürcüstanda kütləvi şəkildə mənzil alan ruslar haqqında danışmaq istəyirəm. Təbii ki, hakimiyyət dəyişəcək, Putin gedəcək, bu müharibəni uduzacaq, dünyanın hər yerindən çoxlu pis insanlar gedəcək, o cümlədən bunlar gedəcəklər. Amma, indi kütləvi şəkildə mənzil alan ruslara zəmanət verirəm ki, bu mənzillərdən məhrum olacaqlar, bu mənzillər satılacaq və pullar Ukraynaya köçürüləcək. Bizə Rusiyadan oğurlanmış pulla burada alınan mənzillər lazım deyil, niyə, çünki bizə rus etnik azlığı lazım deyil”, – Mixeil Saakaşvili deyib.

Onun sözlərinə görə, ruslar turist ola bilər və Gürcüstan dövləti onların mənzillərini müsadirə edəcək.

Gununsesi.info