Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq.
Bunu Saakaşvilinin vəkili Şota Tutberidze deyib.
“Biz təcili olaraq Mixail Saakaşvilinin müalicəyə cəlb olunmasını və ABŞ, Ukrayna, Hollandiyadan həkimlərin onunla görüşünü tələb edirik. Biz Mixail Saakaşvili ilə məxfi əlaqə saxlaya bilmirik, bu, vəkilin və müştərinin fundamental hüquqlarının pozulması deməkdir”, – Tutberidze bildirib.
Gununsesi.info