Saakaşvilinin Gürcüstana gəlməsinə kömək edən şəxs ifadə verdi -FOTO

  • By admin
  • 20 Dekabr 2021 12:13

Mixeil Saakaşvilinin sürücüsünün ifadəsi ictimailəşib.

Gununsesi.info xəbər verir ki, ölkənin üçüncü prezidentinə sərhədi keçməyə kömək edən qoşqunun sürücüsü Mixeil Saakaşvilinin sərhədi qanunsuz keçməsinə hansı şəraitdə kömək etdiyini izah edib.

HTML tutorial

“Rustavi 2”nin əldə etdiyi məlumata görə, Elquca Tsomaia marşrutun bütün iştirakçılarını ifşa edib.  Onların arasında daxili işlər nazirinin keçmiş müavini Qia Lortkipanidze və Saakaşvilinin sürücüsü Yuri də var.

“Ukraynaya Qia Lortkipanidzenin xahişi ilə getdim, maşınıma süd məhsulları doldurdum. Sonra Qia mənə dedi ki, Mixeil Saakaşvilini mənim yanıma onun sürücüsü Yura gətirəcəkdi. Çernomorskda sürücü Qia Lortkipanidzenin müşayiəti ilə Mixeil Saakaşvilini gətirdi. Mixeil Saakaşvili yük maşınına oturdu və istirahət kabinəsinə yerləşdi, bundan sonra biz yükü yük gəmisinə yüklədik”, – Elquca Tsomaia ifadə verib.

Gununsesi.info