“Mixeilin bu videosu mənim üçün gözlənilməz oldu” – Saakaşvilinin sabiq həyat yoldaşı danışdı

  • By admin
  • 06 Oktyabr 2021 15:59

Gürcüstanın sabiq birinci xanımı Sandra Rulofs həyat yoldaşı Mixeil Saakaşvilinin yenidən ailə qurmasına münasibətini açıqlayıb.

Gununsesi.info bildirir ki, S.Rulofs şəxsi həyatında baş verənlərdən sarsılan dostlarının açıqlama üçün ona müraciət etdiyini yazıb: “Gizlətməyəcəyəm: Yayılan video mənim üçün gözlənilməz oldu. Belə formada elan olunması qəbuledilməzdir”-deyə o vurğulayıb.

S.Rulofs əlavə edib ki, o, Mixail Saakaşvilini siyasi məhbus hesab edir və azad olunmasını istəyir.

“Şəxsi emosiyalarıma baxmayaraq mən sakitliyimi və bu döyüşdən qalib çıxacağımıza olan inamı saxlayıram”.

Xatırladaq ki, oktyabrın 1-də sabiq prezident Saakaşvilinin videomüraciəti yayılıb və orada eks-prezident Ukraynalı deputat, 30 yaşlı Yasko ilə ailə qurduğunu bəyan edib.

Gununsesi.info