Mladen İvaniç: “Bosniya və Herseqovina Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş çoxtərəfli fəaliyyəti dəstəkləyir”

  • By admin
  • 10 Mart 2017 08:22

Mladen İvanic

Bosniya və Herseqovina suverenlik və ərazi bütövlüyü məsələlərində Azərbaycanın mövqeyini dəstəkləyir.

Gununsesi.info xəbər verir ki, bunu Trend-ə müsahibəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç deyib.

M.İvaniç qeyd edib ki, Bosniya və Herseqovina Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş çoxtərəfli fəaliyyəti, həmçinin ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir.

Rəyasət Heyətinin sədri onu da xatırladıb ki, 2013-cü ilin əvvəllərində Bosniya və Herseqovina Parlament Assambleyasının hər iki palatası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi barədə qətnamə qəbul edib.

Gununsesi.info