MM-in komitələrinin Şuşada keçiriləcək iclaslarının qrafiki hazırlanıb

  • By admin
  • 12 Aprel 2022 12:21

“Milli Məclisin komitələrinin Şuşa şəhərində keçiriləcək iclaslarının qrafikləri hazırlanıb”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarovanın sözlərinə görə, qrafiklər komitə sədrlərinə təqdim ediləcək.

Daha sonra aprelin 8-də Milli Məclisin iki komitəsinin Şuşada birgə iclasının keçirildiyini xatırladan sədr əlavə edib ki, bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yaradılan yeni reallığın təzahürlərindən biridir.

Gununsesi.info