
“Bu gün bəzi kütləvi informasiya vasitələrində Milli Məclisin payız sessiyasının başlaması barədə məlumat yayılıb. Məlumatda qeyri-dəqiqlik var”.
Gununsesi.info-nun xəbərinə görə, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” statusunda yazıb.
O, yazıb ki, parlamentin sessiyası depuatatların məzuniyyətdən qayıtdığı gündən yox, onun ilk plenar iclasının başladığı gündən hesablanır.
“Bu gündən depuatatların məzuniyyətləri bitir, payız sessiyasının ilk iclası isə sentyabrın 30-da keçirləcək. Bu baxımdan payız sessiyası həmin gündən başlamış sayılır. Mənbə : Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi, maddə 1.”-deyə, o, sonra yazıb.
Gununsesi.info