MM sədri: “Ermənistanın təxribatı Üçtərəfli Bəyanatın qeyd-şərtsiz icrası zərurətini bir daha göstərir”

  • By admin
  • 07 Mart 2023 12:38

“Ermənistan tərəfinin martın 5-də törətdiyi növbəti təxribat Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 2020-ci il noyabrın 10-da imzaladığı Üçtərəfli Bəyanatın bütün bəndlərinin tamamilə və qeyd-şərtsiz yerinə yetirilməsi zərurətini bir daha göstərir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin martın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Təxribat zamanı şəhid olan hərbçilərimizə Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını arzu edirik”, – spiker əlavə edib.

Gununsesi.info