Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

16 Dekabr 2017

21 Noyabr 2017 - 19:19

MM üzvləri AŞPA-nın tədbirlərində iştirak edəcəklər


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova qurumun Büro və Daimi komitəsinin iclaslarında iştirak etmək üçün noyabrın 22-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Büro iclasında Avropa Şurasının yeni baş katibinin seçilməsi, qətnamələrin qəbulu prosedurunun təkmilləşdirilməsi, üzv dövlətlərdə bərabərlik, cavabdehlik və şəffaflığın gücləndirilməsi ilə bağlı məsələlərə baxılacaq.

Daimi komitənin toplantısında AŞPA-nın 2018-ci ilin ilk sessiyasının gündəliyi, növbəti il üçün yeni mandatların təqdim edilməsi, Qırğızıstanda keçirilmiş prezident seçkilərinin nəticələri və digər məsələlər müzakirə olunacaq.

Deputatlarımız hər iki tədbirdə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.

Səfər noyabrın 25-də başa çatacaq.

 

Gununsesi.info