MN-dən Ermənistanın növbəti yalanına CAVAB

  • By admin
  • 16 Avqust 2021 22:13

Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.

 

Bu barədə Gununsesi.info-ya  Müdafiə Nazirliyindən bildirilib.

 

“Əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır”, – deyə məlumatda qeyd olunub.

Gununsesi.info