MN Gəncədəki partlayış səsləri barədə AÇIQLAMA YAYDI

  • By admin
  • 13 Oktyabr 2021 15:37

Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur” – deyə, məlumatda bildirilir.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Gəncədə partlayış səsləri eşidilməsi ilə bağlı xəbərlər yayılıb.

Gununsesi.info