Mobil proqram britaniyalı qadının həyatını xilas etdi

  • By admin
  • 08 Avqust 2017 21:59

britan-1

Britaniyalı Niki Dudric ödənişsiz mobil proqramın köməyi ilə öz həyatını xilas edib. O, bədəndə xalları skan edən proqramı yükləyib. Proqram rənginə və ölçüsünə görə digərlərindən fərqlənən bir xaldan başqa bütün xalların normal olduğunu göstərib. Smartfon Nikiyə təcili həkimə getməyi “tövsiyə edib”.

Gununsesi.info mir24.tv saytına istinadla xəbər verir ki, həkimlər qadına dəri xərçənginin ən təhlükəli forması hesab edilən bədxassəli melanoma diaqnozunu qoyublar. Britaniyalı qadın üzərində aparılan cərrahiyyə əməliyyatı uğurla başa çatdırılıb.

Qeyd edək ki, günəş şüalarının səbəb olduğu ən qorxunc xəstəlik melanomadır. Dünyada hər il bu dəhşətli xəstəliyə 232 mindən çox insan yoluxur.

Gununsesi.info