Mobil telefon və siqaret aşkar edilib – FOTO

  • By admin
  • 19 Noyabr 2016 11:29

siqa

Gürcüstandan Azərbaycana gizlədilmiş şəkildə keçirilməyə cəhd olunan mobil telefon və siqaret aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama nəticəsində həmin şəxsin gömrük nəzarətinə bəyan etmədiyi 3 ədəd “Samsung Galaxy J1 Prime” markalı mobil telefon və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 980 ədəd “Marlboro” və “Parliament” markalı siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info