mobil-tel

“IDC” analitik şirkətinin qiymətləndirməsinə əsasən, bu il mobil texnologiyalar üzrə qlobal xərclər 1,5 trilyon ABŞ dolları təşkil edəcək. 2020-ci ilə bu göstəricinin 1,7 trilyon dolları ötəcəyi gözlənilir.

Gununsesi.info  şirkətə istinadla xəbər verir ki, mütəxəssislər hər il mobil texnologiyalardan əldə olunan qlobal gəlirin təxminən 40 milyard dollar artacağını proqnozlaşdırır.

2020-ci ilə proqram təminatı bazarında xərclərin həcmi 15 faizdən artacaq. Mobil texnologiyalar üzrə xərclərin 50 faizdən çox hissəsinin istehlak xərclərinin təşkil etməsinə baxmayaraq, “IDC” mobil məhsul və həllərə böyük vəsait ayıran bir neçə sahənin adını çəkib. 2020-ci ilə bank sektorunda mobil texnologiyalara yatırılan investisiyaların həcminin isə 100 milyard dolları ötəcəyi nəzərdə tutulur.

Gununsesi.info