
Braziliyalı model Jizel Oliveyra alt paltarı ilə fotosunda bədən cizgilərini nümayiş etdirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, müvafiq nəşr onun İnstaqram səhifəsində görüntülənib.
Bildirilir ki, Victoria’s Secret modeli müğənni Rihannanın Savage X Fenty brendi üçün rol alıb.
Yayımlanan kadrlarda 31 yaşlı məşhur qara krujevalı qısa tuman və büstqalterdə yan-yana kamera qarşısına keçib.
Eyni zamanda o, budunda uzanan izləri və ürək şəklində miniatür döyməni nümayiş etdirib.
Bundan əlavə, model daha bir neçə alt paltar dəsti, eləcə də idman topları, qamaşlar və şortlar geyinib.
İyulun əvvəllərində Cənubi Afrika əsilli Victoria’s Secret-in modeli Candice Swanepoel dənizdə çılpaq pozalar verib.
Günay
Gununsesi.info