Model-transgender Teddi Kuinlivan “Chanel” brendinin gözəllik bölümünün siması seçilib.
Gununsesi.org-un məlumatına görə, onun iştirakı ilə çəkilən reklam çarxları artıq kompaniyanın sosial şəbəkə hesablarında paylaşılıb.
“Kədərli olanda heç vaxt ağlamıram, amma sevinc və ya qalibiyyət anında xoşbəxtlikdən hönkürürəm. Mənim həyatım – əbədi mübarizədir: məktəbdəki daimi lağdan atam tərəfindən döyülməyimə qədər. Bu qalibiyyət bütün həmin əziyyətlərə dəyərdi”, – Kuinlivan qeyd edib.
Gununsesi.org