Keçmiş futbolçu Devid Bekhem gündəlik qazancı ilə mətbuatın diqqət çəkib.
Gununsesi.info Türkiyənin “Vatan”qəzetinə istinadən verdiyi xəbərə görə, dünyanın ən tanınmış futbolçularından biri olan D. Bekhem futbolu buraxdıqdan sonra modelyer kimi dünyada məşhurlaşmağa başlayıb.
Məşhur futbolçu D. Bekhem bir çox geyim brendlərinin reklamına çəkilib. Geyim brendlərini reklam edən əfsanəvi futbolçu gündəlik 71 min funt-sterlinq qazanır.
41 yaşındakı ulduzun yeni şirkəti “Seven Global LLP”, 7 ayda 8,6 milyon funt-sterlinq gazancı olub.
Qeyd edək ki, Viktoriya Bekhemlə ailəli olan keçmiş futbolçu D. Bekhem 4 uşaq atasıdır.
Anar
Gununsesi.info