Bir neçə ay əvvəl vəfat edən tanınmış jurnalist Zülfüqar Hüseynzadənin baş redaktoru olduğu Moderator.az saytına yeni baş redaktor təyin edilib.
Gununsesi.info-nun xəbərinə görə, bu, jurnalist Xəyalə Rəyisdir.
Bu barədə açıqlamasında Xəyalə Rəis deyib:
“Bundan sonra fəaliyyətimə Moderator.az xəbər portalının baş redaktoru olaraq davam edəcəm. Mərhum Zülfüqar Hüseynzadənin yadigarı olan bu saytı onun ailəsinin və kollektivinin dəvəti ilə yaşatmağa və daha böyük uğurlar qazanmasına çalışacam.
Buradan ayrıldığım il yarım ərzində Moderator.az-ın ofisində adım yazılan lövhəni belə çıxarmamışdı. Bu günləri bilirmiş kimi, “O bir gün qayıdacaq” deyirdi.
Ruhunuz şad olsun, Zülfüqar müəllim! Bu etimada görə sizdən sonra ailənizə təşəkkür edirəm!
Moderator.az Azərbaycan media məkanında öz sözünü demiş, tanınmış bir saytdır. İnanıram ki, Sizlərin də dəstəyi ilə onun hələ uzun illər söz sahibi olmasına nail olacağıq”.
Şəbnəm
Gununsesi.info