“Moderna”nın rəhbərindən SEVİNDİRİCİ XƏBƏR: "Gələn ilin payızında başa çatacaq"

  • By admin
  • 23 Sentyabr 2021 15:11

Koronavirus pandemiyası gələn ilin payızında başa çatacaq.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerikanın “Moderna” əczaçılıq şirkətinin baş direktoru Stefan Bansel danışıb.

Pandemiyanın bitməsinə dair proqnozlar verən ekspert bildirib ki, qarşıdakı bir il ərzində dünya əhalisinə yetəcək qədər vaksin dozası istehsal ediləcək. Bu isə pandemiyanın bir il içində bitməsinə imkan verəcək.

“Peyvənd istehsalını sürətləndirmişik. Tezliklə uşaqların da vaksinasiyasına başlanılacaq. Peyvənd edilməyənlər də öz-özünə immunitet qazanacaqlar. Çünki Delta variantı çox yoluxucudur. Bu da nəticədə qripə bənzəyəcək. Peyvənd olunsanız, qışı yaxşı keçirəcəksiniz, peyvənd olunmayanlar isə xəstələnmək riskini gözə almalıdır. Hətta xəstəxanada müalicə ilə nəticələnə bilər” , – o, müsahibəsində qeyd edib.

Gununsesi.info