“Fəaliyyətim dövründə İlham Əliyevlə İran İR-nın prezidenti Həsən Ruhani arasında 7 görüş keçirilib. İran İR və Azərbayca arasında son 4 ildə 50-yə yaxın sənəd imzalanıb. Hər iki ölkənin nazirləri səviyyəsində 80-nə yaxın görüş keçirilib”.
Gununsesi.info-nun məlumatına görə, bu haqda səlahiyyət müddəti başa çatan İran İR-in Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Səfir qeyd edib ki, Azərbaycanla İranla arasndakı avia reyslərin sayı 18-ə çatıb. Ölkələrimiz arasındaki iqtisadi-ticarət və nəqliyyat əlaqələrindən danışan səfir qeyd edib ki, Tehran, Təbriz və Məşhəddən Azərbaycana müntəzəm reyslər təşkil olunub: “Şiraz və İsfahandan isə həftədə 1 dəfə çarter reysi təşkil olunur. Bundan əlavə, Naxçıvan MR ilə də əlaqələrimiz yaxşı inkişaf edir. Tezliklə Naxçıvan-Təbriz-Məşhəd qatarı fəaliyyət göstərəcək. Hesab edirəm ki, iki ölkə arasında əlaqələrimiz indidən sonra da davam edəcək. Bu əlaqələrin inkiafında KİV-in də müstəsna rolu olub”-,deyə diplomat açıqlamasında bildirib.
Mürtəza
Gununsesi.info