
Bu gün Azərbaycan kubokunda final oyunu keçiriləcək. Gununsesi.info-nun
məlumatına görə, həlledici görüşdə “Qarabağ” və “Neftçi” komandaları qarşılaşacaq.
Ardıcıl üçüncü il ölkə çempionu olan Ağdam təmsilçisi “qızıl dubl”
etməyə çalışacaq. Mövsümü 6-cı pillədə başa vuran “Neftçi” isə
bu uğursuzluğu kuboku qazanmaqla unutdurmaq niyyətindədir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun
saat 20:00-da başlayacaq.
Gununsesi.info