
Xəbər verdiyimiz kimi, bu gün futbol üzrə XV Avropa çempionatının final görüşü keçirilir.
Gununsesi.info-nun məlumatına görə, Parisin Sen-Deni rayonunun “Stade de Frans” stadionunda keçirilən Portuqaliya-Fransa matçından əvvəl möhtəşəm şou nümayiş etdirilib.
Daha sonra final görüşü start götürüb. Portuqaliyanın start heyətində Rui Patrisio, Sedrik, Pepe, Fonte, Qerrero, Renato Sançes, Adrien Silva, Uilyam Karvalyo, Joao Mari, Ronaldo və Nani meydana çıxıb.
Fransa millisinin ilk onbirliyində isə Loris, Sanya, Kosielni, Ümtiti, Evra, Poqba, Matuidi, Sissoko, Qrizman, Paye və Jiru yer alıb. Matçı ingiltərəli Mark Klattenburqun rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.
Gununsesi.info