Möhtəşəm finala saatlar qaldı

  • By admin
  • 29 May 2019 09:23

Bu gün Bakıda UEFA Avropa Liqasında final oyunu keçiriləcək.

Gununsesi.org  xəbər verir ki, Bakı Olimpiya Stadionunda qitənin ikinci dərəcəli klub turnirinin finalı ingilis komandalarının dueli olacaq.

Belə ki, həlledici qarşılaşmada “Çelsi” və “Arsenal” üz-üzə gələcəklər.

“Çelsi” – “Arsenal” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oyunun baş hakimi Canluka Rokkidir (İtaliya).