Möhübbət Hüseynovun oğlu yol qəzasında həlak oldu -“Range Rover” aşdı

  • By admin
  • 05 Avqust 2016 09:40
mohubb
Bu gün axşam saatlarında Kürdəmir-İmişli avtomobil yolunun İmişlinin Allahmədətli kəndindən keçən hissəsində sürücünün ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Gununsesi.info-nun xəbərinə görə, 27-yaşlı sürücü Anar Hüseynov idarə etdiyi “Range Rover”-markalı 90-EP-003 dövlət nömrə nişanlı avtomaşını sərt döngədə aşıraraq ağır xəsarətlər alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, dünyasını dəyişən Anar Hüseynov DİN-nin polis polkovniki,  əvvəl Yasamal və Lənkəran rayonun polis rəisi işləmiş, əslən İmişli rayonunun Bəcirəvan kəndindən olan Möhübbət Hüseynovun oğludur.
Gununsesi.info