Moldova hökuməti Rusiya tədarükündən asılılığı azaltmaq məqsədilə mayeləşdirilmiş təbii qazın (LNG) satınalınmasını gücləndirir.
Gununsesi.info xəbər verir ki, bu barədə Moldovanın energetika naziri Viktor Parlikov bildirib.
Onun sözlərinə görə, Moldova artıq amerikalı istehsalçıdan həcmi 2,6 milyon kubmetr olan LNG partiyası alıb.
Qaz gəmi ilə Yunanıstanın Aleksandrupolis terminalına çatdırılıb, daha sonra qaz kəmərləri ilə Moldovaya nəql edilib.
“Enerqokom”un direktor vəzifələrini müvəqqəti icra edən Viktor Bınzar qeyd edib ki, söhbət Yunanıstan DEPA-sından sınaq alışından gedir. Bu LNG-nin qiyməti rəqabətqabiliyyətlidir.
Qeyd edək ki, rəsmi Kişineu Rusiya “Qazprom”undan asılılığını azaltmağa çalışır. Son aylarda Rusiya şirkətindən tədarük sutkada 5,7 milyon kubmetrə qədər azalıb. Amma bu həcm soyuq dövrdə ölkənin tələbatını ödəməyə kifayət etmir.
Gununsesi.info