Moldova Aİ-na daxil olma aşamasındadır

  • By ilhame
  • 09 Fevral 2024 21:04

Moldova Avropa İttifaqına (Aİ) daxil olmağın texniki mərhələsinə başlayıb.

 

Gununsesi.info Moldova KİV-inə istinadən xəbər verir ki, bu barədə Moldova baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimova bildirib.

 

“Fevralın 7-də biz Moldovanın Aİ-yə daxil olması ilə bağlı texniki işlərin birinci mərhələsinə qədəm qoyduq. Ölkəmizin müasir tarixində Aİ ilə ən dərin və ən yaxın əlaqələrimiz var”, – o deyib.

 

Moldovalı diplomat qeyd edib ki, birinci mərhələdə milli qanunvericiliyin Avropa İttifaqının qanunvericiliyinə uyğunluğunun qiymətləndirilməsi aparılıb.

 

Gununsesi.info