Moldovanın Enerji Naziri Viktor Parlikov Rumıniya ilə birləşmənin Avropa Birliyinə (AB) qatıldıqdan sonra gerçəkləşə biləcəyini açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Parlikov çıxışında bildirib ki, birləşmə AB-yə inteqrasiya yolu ilə gerçəkləşəcək. Sonra təməl işlər, gömrük, nəqliyyat əngəlləri ortadan qaldırılacaq.
“Bu əngəllər insanların günlük həyatında itdikdən sonra siyasi və idari birləşməni gerçəkləşdirmək daha asan olacaq”, – deyə nazir vurğulayıb.
Tərcümə: Arzu Sayadoğlu