Moldova ilə bağlı Rusiya vacib qərar qəbul etdi

  • By admin
  • 29 İyul 2019 12:58

Moldovanın hökumət və parlament üzvlərinin Rusiyaya getməsinə qoyulan qadağa aradan qaldırılıb.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Moldova Prezidenti İqor Dodon bildirib.

 “Hökumətlərarası komissiya artıq öz işinə başlayıb, parlament və hökumətin nümayəndələri Rusiyada idi”, – deyə Dodon açıqlayıb.

Qeyd edək ki, bu cür səyahətlərə məhdudiyyət 2017-ci ilin martından etibarən qüvvədə olub.

Gununsesi.org